Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Səfir: “Bu minalar yaxın zamanda yerləşdirilib, bəzi dövlətlər və beynəlxalq təşkilatlar niyə susurlar?”
“Təkcə bu gün Qarabağdakı erməni separatçıların yerləşdirdiyi minaların partlaması nəticəsində altı Azərbaycan vətəndaşı həlak olub. Bəzi dövlətlər və beynəlxalq təşkilatlar niyə susurlar?”
Bu fikirlər Azərbaycanın İrandakı səfiri Əli Əlizadənin “X” hesabındakı paylaşımında yer alıb.
Diplomat qeyd edib ki, bəzi dövlətlər və beynəlxalq təşkilatlar yalnız saxta ərzaq blokadasından danışırlar, halbuki, 2020-ci ilin noyabr ayından indiyədək 314 nəfər Ermənistan tərəfindən Azərbaycan ərazilərinin mina blokadasının qurbanı olub:
“Üstəlik, bu minalar yaxın zamanda yerləşdirilib, çünki bu yollar istehkamçılar tərəfindən dəfələrlə yoxlanılıb və hər gün oradan çoxlu sayda maşın keçir”, - paylaşımda vurğulanıb.
"İran" teqi üzrə xəbərlər
- Məsud Pezeşkian İrandakı təhsil haqqında: "Xalqla danışmağa cəsarət etmirəm"
- İranda həbsdə olan Almaniya vətəndaşı dörd ildən sonra azadlığa buraxıldı
- "Haber Global": İranı kimlər hədəfə çevirdilər?
- İran Suriya üzrə xüsusi nümayəndə təyin edib
- İranın paytaxtının köçürülməsi 37 milyard dollara başa gələ bilər