Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Gədəbəydə restoranda nöqsanlar aşkarlanıb - FOTO
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) fiziki şəxs Elnur Dilqəm oğlu Məmmədova məxsus, Gədəbəy rayonu, Slavyanka kəndində fəaliyyət göstərən “Yuxarı Narzan” restoranında yoxlama keçirib.
AQTA-dan verilən məlumata görə, baxış zamanı ictimai iaşə müəssisəsində sanitar norma və qaydaların, qida təhlükəsizliyi sahəsində normativ hüquqi aktların tələblərinin kobud şəkildə pozulduğu aşkarlanıb.
Müəssisədə qida məhsullarının saxlanması zamanı temperatur rejiminin və mal qonşuluğu prinsipinin pozulduğu, mənşəyi məlum olmayan qida məhsullarının (ev şəraitində hazırlanmış turşular və kompotlar) və baytarlıq baxışından keçməyən ət və süd məhsullarının istifadə olunduğu, işçi heyətin tibbi müayinədən keçmədiyi və digər nöqsanlar məlum olub.
Faktlarla bağlı qanunvericiliyə uyğun olaraq müəssisə rəhbəri barəsində inzibati protokol tərtib olunub, müəssisənin fəaliyyəti nəzarətə götürülüb.
"Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA)" teqi üzrə xəbərlər
- Azərbaycanda bəzi qənd məhsullarında nöqsanlar aşkarlandı
- Çoxlu sayda məhsulda GMO aşkarlandı: AQTA nəzarət tədbirlərini gücləndirdi
- Azərbaycana beş xarici şirkətin quş əti məhsullarının gətirilməsinə məhdudiyyət QOYULDU
- Marketdə istehlaka yararsız qida məhsulları aşkarlanıb
- AQTA Bakıda restoranın fəaliyyətini məhdudlaşdırdı
Rəylər