Fransanın ölkəmizdəki səfiri Zakari Qros Dağlıq Qarabağın azərbaycanlı icmasının sədri Tural Gəncəliyevlə görüşüb.
Oxu.Az-ın xəbərinə görə, bu barədə fransalı diplomat “Twitter”də bildirib.
“Tural Gəncəliyev və komandası ilə hər şeydən əvvəl dialoqun təbliği və Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə dair əla söhbətimiz oldu”, - deyə səfir qeyd edib.
