Azərbaycan və Gürcüstan arasında münasibətlər strateji tərəfdaşlıq və dostluq ruhunda bundan sonra da inkişaf edəcək.
Oxu.Az secki-2015.az-a istinadən xəbər verir ki, bu barədə Gürcüstanın Azərbaycandakı səfirliyinin mətbuat rəhbəri Kaxa Abdaladze seçkilərdən sonra ikitərəfli münasibətlər barədə suala cavab verərkən deyib.
Onun sözlərinə görə, Azərbaycanda keçirilən seçkilərin nəticələri bu münasibətlərə heç bir mənfi təsir göstərməyəcək.
“Azərbaycan və Gürcüstan qardaş ölkələrdir. Qarşılıqlı münasibətlərdə hər hansı dəyişiklikdən söhbət gedə bilməz”, - o, deyib.
O, həmçinin hər iki ölkənin müştərək layihələr həyata keçirəcəyini vurğulayıb.
Xatırladaq ki, Azərbaycanda parlament seçkiləri noyabrın 1-də keçiriləcək.