Ermənistan silahlı qüvvələri bölmələrinin şərti dövlət sərhədində törətdiyi təxribat nəticəsində Azərbaycan Ordusunun şəhid olan hərbçisi Orxan Novruzəlizadə dəfn olunub.
“Report”un Qərb bürosunun məlumatına görə, onun cənazəsi bu dəqiqələrdə Vurğun qəsəbəsində yerləşən qəbiristanlıqda anasının məzarı yanında torpağa tapşırılıb.
Qeyd edək ki, şəhidin anası ötən il rayon ərazisində dəmir yolu xəttini qarşı tərəfə keçmək istəyən zaman qatarın vurması nəticəsində dünyasını dəyişib.
Şəhid Orxan Novruzəlizadə dəfn edildi - YENİLƏNİB + FOTO/VİDEO












