Cənubda, eləcə də ATƏT məkanında istənilən münaqişə diqqətli yanaşma, həmrəy fəaliyyət, vasitəçilik formatı tələb edir.
Oxu.Az RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə Rusiya XİN-in rəhbəri Sergey Lavrov Belqradda ATƏT-in XİN Şurasının 22-ci iclasında çıxış edərkən bildirib.
Nazirin sözlərinə görə, Dağlıq Qarabağ, Dnesteryanı, Ukraynada münaqişələrin tənzimlənməsi zamanı Rusiya məhz bunu rəhbər tutur.
Çıxış edərkən nazir dövlətlərin suverenliyinə hörmətin və onların işlərinə qarışmamağın vacibliyini qeyd edib.