Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Sergey Markov: “İlham Əliyevin Paşinyan üzərində qələbə qazanması təəccüblü deyil” - MÜSAHİBƏ
Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyanın iştirak etdiyi Münhen Təhlükəsizlik Konfransı çərçivəsində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı aparılan müzakirələr beynəlxalq ekspertlərin reaksiyasına səbəb olmağa davam edir.
Əlavə diqqəti “Münhen prinsipləri”ni paylaşan Ermənistanın Baş naziri özündə cəmləşdirib. Ermənistan lideri Azərbaycan Prezidenti İlham Əliyevlə özü üçün uğursuz olan debatındakı (analitiklər, o cümlədən erməni təhlilçilərin əksəriyyəti Nikol Paşinyanın çıxışını belə qiymətləndirib) tezisləri qısaca təqdim etməyə çalışıb.
Onların mahiyyəti nədir? Nikol Paşinyan Dağlıq Qarabağın separatçı rejiminin münaqişə və danışıqlar tərəfi olduğu barədə yazıb. Ancaq o, Dağlıq Qarabağın azərbaycanlı icması barədə xatırlatmayıb. Paşinyan erməni tərəfinin Dağlıq Qarabağ ətrafındakı işğal olunmuş əraziləri də azad etmək istəmədiyini bəyan edib, çünki Dağlıq Qarabağın separatçı rejimi “öz təhlükəsizliyindən keçə bilmir”.
Media.az tanınmış rusiyalı ictimai xadim, politoloq, Siyasi Tədqiqatlar İnstitutunun baş direktoru, Rusiya Federasiyasının İctimai Palatasının üzvü və Rusiya Prezidenti Vladimir Putinin səlahiyyətli nümayəndəsi Sergey Markovla söhbət edib:
- Ən başlıcası odur ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması region üçün mütləq vacibdir. Əsas ziddiyyət bundan ibarətdir ki, indi fərqli güc nisbəti mövcuddur. Azərbaycan 30 il əvvəl olduğu kimi deyil. Əlbəttə ki, Bakı Qarabağın və ətraf rayonların qaytarılmasını tələb edəcək.
“DQR”, Azərbaycanın işğal olunmuş digər rayonları kimi beynəlxalq ictimaiyyət tərəfindən tanınmayıb. Onlar Azərbaycanın ayrılmaz hissəsidir. Məhz Azərbaycan dinc və ya hərbi yolla onları qaytarmaq hüququna malikdir.
Dağlıq Qarabağda və ətraf ərazilərdə kütləvi etnik təmizləmə aparıldığı, azərbaycanlıların qovulduğu açıq-aydın görünür. Deməli, Qarabağın “müstəqilliyini” tanımaqdan söhbət belə gedə bilməz. Etnik təmizləmənin nəticələri tanına bilməz.
Təəssüflə etiraf etməliyəm ki, yenidən hərbi əməliyyatlar təhlükəsi artır, bunu əvvəllər də demişdim. Azərbaycan isə Ermənistan Silahlı Qüvvələrindən xeyli üstün olan orduya sahibdir. Bundan əlavə, Azərbaycanın güclü iqtisadiyyatı digər ölkələrə rəsmi Bakının haqlı olduğunu göstərir.
- Axı dinc yolla nizamlama planı var idi.
- Bəli. “Kazan düsturu” hazırlanmışdı. Bu, irəliyə doğru bir addımdır. Bunun mahiyyəti Ermənistanın Dağlıq Qarabağ ətrafındakı işğal etdiyi əraziləri Azərbaycana qaytarmasıdır. Buna cavab olaraq, Azərbaycan Ermənistanın iqtisadi blokadasını ləğv edərək, bu ölkə ilə Qarabağ bölgəsi arasında əlaqə qurmaq üçün dəhliz qoyur. Bundan sonra sülhməramlıların daxil olması, Qarabağın müvəqqəti statusunun müəyyən edilməsi məsələlərinin müzakirəsi gəlir. Bu, münaqişənin güc yolu ilə həlli variantından qaçmağa kömək edəcək.
“Kazan düsturu” masadadır və həyata keçməlidir. Ancaq təəssüf ki, Nikol Paşinyan qorxur. Buna görə də o, bu kompromisi Qarabağın erməni icması ilə “bölmək” istəyir.
Hazırda Paşinyan onların xoşuna gəlməyə çalışır, ümid edir ki, Qarabağdakı “seçkilərdə” onun namizədi qalib gələcək. Beləliklə, Nikol Paşinyanın Münhendəki çıxışı Qarabağın erməni icmasına etdiyi müraciət kimi qiymətləndirilməlidir.
- Münhendəki müzakirəni necə şərh edərdiniz?
- Əlbəttə, Azərbaycan Prezidenti İlham Əliyevin böyük diplomatik istedadını, dünya liderləri ilə ünsiyyət təcrübəsini nəzərə alanda, onun Nikol Paşinyan üzərində qələbə qazanması təəccüblü deyil.
Üstəlik, həqiqət Azərbaycan Prezidentinin yanındadır. Çünki hamı bilir ki, Dağlıq Qarabağ və ətrafındakı ərazilər işğal olunub, orada etnik təmizləmə aparılıb. Tarixə ekskursiyalar barəsində isə onu deyə bilərik ki, Nikol Paşinyanın Böyük Tiqranla əlaqəli açıqlaması, yəqin ki, kiçik millətin bir növ yeniyetməlik kompleksinin irrasional şüurunun təzahürüdür.
"Bakı" teqi üzrə xəbərlər
- Bakıda erməni görsəniz, nə edərsiniz? - Sakinlər arasında maraqlı SORĞU
- Annalena Berbok: "Bakıda bütün qitələrdə iqlim koalisiyalarının yaradılması üzərində çalışırıq"
- "The Telegraph": "Bakı gözlədiyinizdən daha çoxunu təklif edir"
- Qarabağ qazisi Bakıda binaları COP29-a uyğun rəsmlərlə bəzədi
- Əfsanəvi Ronaldinyo Bakıya COP29-la bağlı səfərindən paylaşım edib