"Biz dəqiq araşdırma, rəsmi izahat və günahkarların cəzalandırılmasını gözləyirik".
Oxu.Az xəbər verir ki, bunu rusiyalı politoloq, Siyasi Araşdırmalar İnstitutunun təsisçisi və baş direktoru Sergey Markov "Telegram" kanalında yazıb.
"Yekaterinburq gördüyüm ilk aydın təsvirdir. Heç bir müqavimət göstərməyən mülki şəxslərin saxlanması zamanı iki nəfər ölür, üç nəfər reanimasiyaya yerləşdirilir, axı bu, dəhşətdir.
Belə olmamalıdır. Qəzəb də məntiqlidir. Biz dəqiq araşdırma, rəsmi izahat və günahkarların cəzalandırılmasını gözləyirik", - deyə o qeyd edib.
Xatırladaq ki, iyunun 27-də səhər saatlarında Rusiya Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları Yekaterinburqda azərbaycanlılara qarşı reyd keçirib. Əməliyyat nəticəsində iki azərbaycanlı öldürülüb. Daha bir neçə nəfər saxlanılıb.