"Mənə hücumları Rusiyanın və Vladimir Putinın siyasətinin düşmənləri həyata keçirirlər. Gələcəkdə onlar ya özlərini satqın kimi göstərəcəklər, ya da korrupsioner məmurlar kimi işdən çıxarılacaqlar".
Oxu.Az xəbər verir ki, bunu Rusiyada xarici agent elan edilən politoloq Sergey Markov özünün "Telegram" kanalında yazıb.
"Mən xarici agent deyiləm. Bunu hamı bilir. Mən 25 il ərzində Vladimir Putinin siyasətini dəstəkləmişəm və dəstəkləyirəm. Mən Kanada sanksiyaları altındayam", - Markov bildirib.


Rusiyalı politoloq Sergey Markov öz ölkəsində xarici agent kimi tanınıb.
Oxu.Az xəbər verir ki, bu barədə məlumat Rusiya Ədliyyə Nazirliyinin müvafiq reyestrində yer alıb.
O, siyahıya "Xarici təsir altında olan şəxslərin fəaliyyətinə nəzarət haqqında" Federal Qanunun 7-ci maddəsinə əsasən daxil edilib.
Ədliyyə Nazirliyinin məlumatına görə, S.Markov xarici agentlərin materiallarının yaradılmasında və geniş auditoriyaya yayılmasında iştirak edib, həmçinin Rusiyada fəaliyyəti arzuolunmaz hesab edilən təşkilatların nəşrlərini yayıb. Bundan əlavə, o, xarici media və xarici agentlərin təqdim etdiyi platformalarda respondent qismində çıxış edib.