Rusiya Dövlət Dumasının sədri Sergey Narışkin Azərbaycana səfər edəcək.
Oxu.Az ANS PRESS-ə istinadən xəbər verir ki, S.Narışkin ATƏT Parlament Assambleyasının 23-cü yay sessiyasında iştirak etmək üçün Bakıya gələcək.
Duma sədrinin səfərinin 28 iyun tarixində baş tutacağı bildirilir. Narışkin Bakıda keçiriləcək iclas zamanı Ukraynadakı hazırkı vəziyyətlə bağlı beynəlxalq konfransın təşkil edilməsi barəsində təklif irəli sürəcək.
Qeyd edək ki, ATƏT PA-nın Bakı sessiyası iyunun 28-dən iyulun 2-nə qədər keçiriləcək. İyunun 28-29-da komitə iclasları olacaq, iyulun 1-də isə Assambleyanın yay sessiyasının plenar iclası başlayacaq.
İyunun 30-da isə Ukrayna ilə bağlı debatların keçirilməsi nəzərdə tutulub.