Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Səsvermə 118 seçki dairəsində necə həyata keçirilir?
Yanvarın 29-da səhər saat 08:00-da Azərbaycanda bələdiyyə seçkisi ilə əlaqədar səsvermə başlayıb.
Seçkidə 16 092 namizəd mübarizə aparır. Seçki zamanı respublika üzrə 685 bələdiyyəyə 8 071 üzv seçiləcək.
Səsvermə 118 seçki dairəsi üzrə 5846 seçki məntəqəsində keçirilir.
Baku TV-nin əməkdaşı seçki məntəqələrindən birində olaraq səsvermə prosesinin necə həyata keçirildiyini mərhələlərlə diqqətə çatdırıb.
Belə ki, seçici seçki məntəqəsinə daxil olduqdan sonra şəxsiyyət vəsiqəsini məntəqə üzvünə təqdim etməlidir. Sənəd yoxlanıldıqdan sonra sol əlin baş barmağının ultrabənövşəyi şüa vasitəsilə mürəkkəblə işarələnib-işarələnmədiyi müəyyənləşdirilir. Yoxlama prosesi yekunlaşdıqdan sonra seçici şəxsiyyəti təsdiq edən sənədi təhvil alaraq digər komissiya üzvlərinə yaxınlaşmalıdır. Adı siyahıda tapıldıqdan və imzasını çəkdikdən sonra seçiciyə seçki bülleteni təqdim olunur. Daha sonra seçicinin sol əlinin baş barmağı gözəgörünməz mürəkkəblə işarələnir. Bundan sonra seçici səsvermə hüququndan istifadə edə bilər.
Daha ətraflı videomaterialda:

"Bələdiyyə seçkisi" teqi üzrə xəbərlər
- MSK bələdiyyə seçkisinin yekun protokolunu təsdiqləyib
- Bəzi seçki məntəqələrində səsvermənin nəticələri LƏĞV EDİLİB
- Məzahir Pənahov: "Bələdiyyə seçkisi ilə bağlı MSK-ya 43 şikayət daxil olub"
- Türkiyədə MARAQLI HADİSƏ: 20 il sürücü kimi çalışdığı qurumun sədri seçildi
- MSK-da bələdiyyə seçkisi ilə bağlı daxil olan müraciətlərə baxılıb