Şimali Kipr Türk Respublikasının Prezidenti Ersin Tatar Azərbaycanın İrandakı səfirliyinə qarşı törədilən terror hücumunu sərt şəkildə qınayıb.
Bu barədə Ersin Tatar “Twitter” hesabında paylaşım edib.
Paylaşımda deyilir:
“Azərbaycanın Tehrandakı səfirliyinə qarşı törədilən silahlı hücumu qınayır, hücum nəticəsində həlak olan mühafizə rəisinə Allahdan rəhmət, yaralananlara tezliklə sağalmalarını arzulayıram. Kədəriniz kədərimizdir. Şimali Kipr Türk Respublikası daim Can Azərbaycan xalqının yanındadır. Başın sağ olun, Azərbaycan”.
Azerbaycan’ın Tahran Büyükelçiliği’ne düzenlenen silahlı saldırıyı kınıyor, saldırıda hayatını kaybeden güvenlik amirine Allah’tan rahmet, yaralananlara acil şifalar diliyorum. Acınız acımızdır. KKTC, Can Azerbaycan halkının her daim yanındadır. Başın sağ olsun Azerbaycan.
— Ersin Tatar (@ErsinrTatar) January 27, 2023