Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Simonyan: "Azərbaycan Qarabağda əməliyyatı BMT qətnamələri əsasında həyata keçirib"
"Azərbaycan Qarabağda əməliyyatı BMT qətnamələri əsasında həyata keçirib".
"Report" xəbər verir ki, bunu Ermənistan parlamentinin sədri Alen Simonyan "Azatutyun" radiosuna müsahibəsində bildirib.
Onun sözlərinə görə, erməni tərəfi İkinci Qarabağ müharibəsi zamanı dünya ictimaiyyətindən istədiyi reaksiyanı almayıb.
"İkinci Qarabağ müharibəsi başlayanda çox məyus olduq, çünki dünya bu savaşa bizim istədiyimiz kimi reaksiya vermədi. Bunun səbəbi bizim tərəfimizdən legitimliyin olmaması idi. Azərbaycan Qarabağda azı 3-4 BMT qətnaməsinə əsaslanan əməliyyat keçirdi", - erməni spiker etiraf edib.
Simonyan həmçinin qeyd edib ki, Ermənistana və Azərbaycana düşmən münasibət bəsləyən ölkələr sülh danışıqlarının dalana dirənməsini istəyirlər.
"Biz İrəvan və Bakı arasındakı sülh prosesinin dalana dirənməsinə imkan verməməliyik. Məhz Ermənistana, bəlkə də Azərbaycana düşmən münasibət bəsləyən ölkələr bunu istəyirlər", - A.Simonyan vurğulayıb.
Siyasətçi həmçinin sülh müqaviləsinin bağlanması üzrə danışıqların "3+3" platforması çərçivəsində başa çatdırılması təklifinə toxunub.
"Düşünürəm ki, biz belə bir variantı nəzərdən keçirəcəyik, hərçənd, açığı, razılığa gəlmək üçün mövcud olmuş və ya mövcud olan formatdan başqa hər hansı başqa formata niyə ehtiyacımız olduğunu başa düşmürəm", - erməni spiker əlavə edib.
"Alen Simonyan" teqi üzrə xəbərlər
- Alen Simonyan: "Sülh müqaviləsi prosesi yerində dayanmayıb"
- Simonyan: "Delimitasiya komissiyalarının reqlamenti Azərbaycan və Ermənistanın ən böyük qələbəsidir"
- Alen Simonyan: "Qarabağ Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisidir"
- Simonyan çaşqınlıq içindədir: Azərbaycana güclü ordu nəyə lazımdır?
- Bu xəbərləri qaçırmayın: 09.09.2024-ün ən mühüm hadisələri