Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Simonyan: "Delimitasiya komissiyalarının reqlamenti Azərbaycan və Ermənistanın ən böyük qələbəsidir"
Ermənistan Parlamentinin sədri Alen Simonyan delimitasiya komissiyalarının reqlamentinin mövcudluğunu həm Azərbaycanın, həm də öz ölkəsinin ən böyük qələbəsi hesab edir.
Oxu.Az bu barədə erməni mediasına istinadən məlumat yayıb.
"Bu, ikitərəfli qələbədir, bu, Ermənistan və Azərbaycan arasında ilk dövlətlərarası sənəddir, onun həyata keçirilməsi iki ölkənin müstəqilliyi və ərazi bütövlüyünün ən mühüm təməl daşlarından biridir", - deyə o, jurnalistlərə bildirib.
Alen Simonyan ümid edir ki, Ermənistan və Azərbaycan arasında bu məsələdə müsbət proses baş verəcək.
O bildirib ki, hazırda delimitasiyanın haradan davam etdirilməsi barədə qərar yoxdur.

"Alen Simonyan" teqi üzrə xəbərlər
- Ermənistanın "Rusiyanın kölgəsi"ndən qaçmaq cəhdi: "İrəvan Moskvanın yox, Qərbin çətirinə sığınıb"
- Simonyan: "Ermənistan Rusiya ilə münasibətlərdəki gərginliyi davamlı saxlaya bilməz"
- Simonyan: "Ermənistan kommunikasiyaların blokdan çıxarılması üzrə üçtərəfli formata qayıtmayacaq"
- Simonyandan Azərbaycanla bağlı qalmaqallı çıxış
- Alen Simonyanın brend ayaqqabıdan istifadə etməsi Ermənistanda müzakirələrə səbəb olub