Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
"Səbail" klubunun baş məşqçisini təyin etmək üçün Müşahidə Şurasının iclası keçiriləcək
"Səbail" klubunun Müşahidə Şurasının iclası olacaq.
"Report"un əldə etdiyi məlumata görə, yaxın günlərdə baş tutacaq toplantıda "dənizçilər"in yeni baş məşqçisi ilə bağlı müzakirə aparılacaq.
Premyer Liqa təmsilçisi ötən gün "Kəpəz"ə uduzduğu (0:1) XII turun matçından sonra Şahin Diniyevlə vidalaşıb. 58 yaşlı mütəxəssis 2022-ci ilin dekabrından Bakı klubunda işləyib.
Qeyd edək ki, "Səbail" hazırda çempionatda 7 xalla 9-cu pillədə qərarlaşıb. Komanda autsayder "Kəpəz"dən cəmi bir xal çox toplayıb.
"Səbail FK" teqi üzrə xəbərlər
Ən çox oxunanlar
Rəylər