Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Sindra Şarma: "Bölgələrimiz itki və ziyanla üz-üzədir"
"İqlim maliyyəsi olmadan, ehtiyac duyduğumuz ambisiyaya çata bilməyəcəyik və bu, kiçik dövlətlər üçün prioritet olan bir amildir".
Oxu.Az xəbər verir ki, bunu COP29 çərçivəsində keçirilən beynəlxalq Ətraf Mühit Hüququ Mərkəzinin mətbuat konfransında Sakit Okean adaları iqlim Fəaliyyəti Şəbəkəsinin baş məsləhətçisi Sindra Şarma deyib.
O bildirib ki, tərəflər iqlim maliyyələşməsi üçün 1.3 trilyon dollar ambisiya ətrafında birləşiblər.
"Lakin bölgələrimiz itki və ziyanla üz-üzədir. Bilirik ki, 1.5 dərəcədən sonrakı artım bizim üçün fəlakətdir. Bu məbləğ bizim üçün sadəcə rahatlamadır, lakin bununla kifayətlənə bilmərik", - deyə Sindra Şarma əlavə edib.
Mərahim Nəsib
"COP29" teqi üzrə xəbərlər
- Sahibə Qafarova: "Dövlətlərin daxili işlərinə qarışılması bütün problemlərin qaynağına çevrilib"
- Əli Əsədov Üçüncü Xəzər İqtisadi Forumunda iştirak edib
- Azərbaycan XİN başçısının müavini "COP29"un yekunlarına dair paneldə iştirak edib
- Təxribat və inqilabların himayədarı - İç üzü açılan USAID hər yerdən qovulur
- İordaniya şahzadəsi: "COP29 mühüm dönüş nöqtəsi oldu"