Mən Milli Məclisin İctimai birliklər və dini icmalar komitəsinin sədriyəm. Biz Allaha qarşı gedə bilmərik.
Oxu.Az-ın APA-ya istinadən verdiyi məlumatına görə, bunu komitənin sədri, Yeni Azərbaycan Partiyası icra katibinin müavini Siyavuş Novruzov “Reproduktiv sağlamlıq haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.
Onun fikrincə, bu qanun layihəsində kimsə Allahlıq edir.
S. Novruzov bildirib ki, layihədə Azərbaycan xalqının milli mentalitetinə uyğun olmayan məsələlər var və onlar çıxarılmalıdır.
Qeyd edək ki, “Reproduktiv sağlamlıq haqqında” qanun süni mayalanma kimi məsələlərin tənzimlənməsini nəzərdə tutur.