Milli Məclisin bu gün keçirilən iclasında parlamentin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov bəzi KİV-lərə etiraz edib.
Oxu.Az-ın məlumatına görə, S.Novruzov deyib ki, seçici kimi seçəcəksə, o da deputat olacaq.
“Arzu, istək başqadır. Hamımız arzulayırıq ki, deputat olaq. Amma seçici kimi seçsə, o da parlamentdə təmsil olunacaq. Ən son sözü seçici söyləyəcək.
Mən görürəm ki, son zamanlar bəzi televiziyalar və mətbuat orqanları istiqaməti dəyişmək istəyirlər”, - deyə S.Novruzov əlavə edib.
Aqşin Kərimov