20 ildən artıqdır ki, Azərbaycanın ərazisi işağl olunub, ABŞ-ın nə dövlət katibi, nə prezidenti, nə də digər bir rəsmisi bununla bağlı bəyanat verir. Bu baxımdan həmsədrin olmağındansa, olmamağı daha yaxşıdır.
Oxu.Az xəbər verir ki, bunu AzVision.az-a hakim Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, deputat Siyavuş Novruzov bildirib.
Millət vəkili ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlikdən narazılıq edərək bildirib ki, onun həmsədr olmağından, olmamağı yaxşıdır:
“ABŞ bu günə qədər Dağlıq Qarabağ münaqişəsinin həll olunması ilə bağlı heç bir addım atmayıb. Səfir özü də Ukraynadakı böhranı müzakirəyə çıxarıb. Ukraynadakı faciələrin yaranmasının birinci səbəbkarı ABŞ-dır. 20 ildən artıqdır ki, Azərbaycanın ərazisi işğal olunub ABŞ-ın nə dövlət katibi, nə prezidenti, nə də digər bir rəsmisi bununla bağlı bəyanat vermir. Müzakirələr zamanı isə bitərəf qalır. Niyə ikili standartla yanaşırlar? Ona görə də həmsdərin olmağındansa, olmamağı daha yaxşıdır”.