Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Şöbə müdiri: "Azərbaycanda uşaqların 15 faizi nikahdankənar doğulur"
"Boşanmaların təşəbbüskarı 70 faiz hallarda qadınlardır".
Oxu.Az xəbər verir ki, bunu "Konstitusiya və Suverenlik İli" çərçivəsində "Ailə, qadın və uşaq hüquqları - konstitusion hüquqların əsas prioriteti kimi" mövzusunda Milli Məclisdə keçirilən ictimai dinləmə zamanı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Hüquqi təminat şöbəsinin müdiri Taliyə İbrahimova deyib. O bildirib ki, bu cür boşanmalarda səbəb kimi bir çox hallarda xasiyyətin uyğun gəlməməyi göstərilir.
Ailə, qadın, uşaq problemləri üzrə bir sıra problemlərə toxunan T.İbrahimova uşaq doğumlarında cins nisbətinin pozulmasına, çoxuşaqlı ailələrin sayının azalmasına da diqqət çəkib:
"Uşaqların 15 faizi nikahdankənar doğulur. Üç və daha çox uşağı olan ailələrin sayı getdikcə azalır. Eyni zamanda, yenidoğulmuşlar arasında cins nisbəti ciddi şəkildə pozulur".
O, aliment fondunun yaradılması ilə bağlı müzakirələrə də münasibət bildirib:
"Araşdırmalar göstərir ki, aliment fondunun yaradılması zəruridir".
T.İbrahimova, həmçinin diqqətə çatdırıb ki, qəsdən adamöldürmə cinayətlərinin təxminən yarısı ailə münaqişəsi zəminində baş verir.
O qeyd edib ki, ölkəmizdə hələ də qızqaçırma - adam oğurluğu hallarına rast gəlinir.
T.İbrahimova bildirib ki, ailə qanunvericiliyi ilə bağlı yeni dəyişikliklər paketi hazırlanıb, yaxın zamanda Milli Məclisə təqdim olunacaq.

Aləmdə Nəsib
"Milli Məclis" teqi üzrə xəbərlər
- Nazir müavini: "Boşanmaya müraciət edənlərin 20 faizi psixoloqa müraciətdən sonra fikrini dəyişir"
- Sahibə Qafarova Gürcüstanın baş naziri ilə görüşüb
- Milli Məclis İsveç parlamentinin bəyanatını rədd edib
- Deputat: "Son 200 ildə ermənilər və havadarları azərbaycanlılara etnik təmizləmə siyasəti aparıb"
- Milli Məclisin növbəti plenar iclası martın 14-də keçiriləcək