Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Somali Prezidenti Hasan Şeyx Mahmudun rəsmi qarşılanma mərasimi olub
Azərbaycan Respublikasında rəsmi səfərdə olan Somali Federativ Respublikasının Prezidenti Hasan Şeyx Mahmudun fevralın 12-də rəsmi qarşılanma mərasimi olub.
AZƏRTAC xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı meydanda Somali Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Azərbaycan Prezidenti İlham Əliyev Somali Prezidenti Hasan Şeyx Mahmudu qarşılayıb.
Fəxri qarovul dəstəsinin rəisi Somali Prezidentinə raport verib.
Somali Federativ Respublikasının və Azərbaycan Respublikasının Dövlət himnləri səsləndirilib.
Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında Azərbaycan Prezidenti İlham Əliyevin və Somali Prezidenti Hasan Şeyx Mahmudun qarşısından keçib.
Dövlət başçıları rəsmi foto çəkdiriblər.

"İlham Əliyev" teqi üzrə xəbərlər
- Prezident: "ABŞ ilə güclü tərəfdaşlığımızın yenidən qurulmasına nikbin baxırıq"
- Prezident: "Qarabağda olan münaqişə tarixi ədalət əsasında həllini tapmış yeganə münaqişədir"
- Prezident: "Biz qlobal nizamı olduqca düzgün qiymətləndirirdik"
- Prezident: "Biz növbəti hərbi qarşıdurmanı istisna edəcək təhlükəsizlik mexanizmləri yaratmalıyıq"
- Prezident: "Azərbaycanın gələcəyini öz resursları hesabına qurması baxımından böyük təcrübəsi var"