Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Son addım da son döyüş kimi çətindir - VİDEO
İldırım sürəti ilə həyata keçirilən lokal xarakterli antiterror tədbirlərinin yekununda Ermənistan silahlı qüvvələri öz mövcudluğunu dayandırdı. Hansı ki bir zamanlar, uzun illər əvvəl bu silahlı qüvvələrə sürreal olaraq “Dağlıq Qarabağın müdafiə ordusu” adı verilmişdi.
Həmçinin ölkəmizin işğal olunmuş ərazisində özünü hakimiyyət elan edən qeyri-qanuni xuntanın “hakimiyyət orqanları” onsuz da mövcud olmayan varlıqlarına de-fakto son qoydular.
Bu barədə “Caliber”in “YouTube” kanalında yeni videosüjet yayımlanıb.
Beləliklə, rəşadətli Azərbaycan Silahlı Qüvvələrinin sarsıdıcı zərbələri altında erməni silahlı birləşmələri bir sutkadan da az müddət ərzində ağ bayraq qaldırmağa məcbur oldular. Özlərini prezident, nazir, deputat və digər bu kimi psevdo rəhbər və psevdo məmur olaraq adlandıran şəxslər isə illər əvvəl elan edilən qondarma respublikanın hətta virtual şəkildə də mövcudluğunun sonunun çatdığını fakitiki olaraq qəbul etməli oldular.
Daha ətraflı videosüjetdə:
"Qarabağ" teqi üzrə xəbərlər
- DİN vətəndaşlara müraciət ÜNVANLADI
- Zaxarova: "Qarabağda Azərbaycan bayrağı dalğalanır"
- Paşinyan: "Danışıqların ancaq bir nəticəsi ola bilərdi - Qarabağın Azərbaycana qaytarılması"
- Nikol Paşinyandan etiraf: "Mən böyük səhv etdim"
- Mənbicli gəncin Azərbaycan bayraqlı, "Qarabağ" yazılı köynəyi diqqət çəkdi