Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Spiker: Ermənilər Aİ ilə sazişə əngəl olmağa çalışırlar
Avropa İttifaqı və Azərbaycan arasında sazişin imzalanmasına mane törədən qüvvələr ermənilərdir.
Oxu.Az xəbər verir ki, bunu Milli Məclisin Sədri Oqtay Əsədov parlamentin bu gün keçirilən plenar iclasında çıxışı zamanı deyib.
“Saziş layihəsində Dağlıq Qarabağ ərazisi Azərbaycanın ərazisi kimi qeyd olunub, biz buna nail olmuşuq. Texniki məsələlər qalıb ki, onlar da həll edilir. Ermənilər bu sazişə əngəl olmağa çalışırlar”, - deyə, spiker bildirib.
Qeyd edək ki, Avropa İttifaqı ilə Azərbaycan arasında danışıqlar və imzalanması gözlənilən sazişlə bağlı məsələni deputat Siyavuş Novruzov gündəmə gətirib.
“Prezident İlham Əliyev dəfələrlə bəyan edib ki, Dağlıq Qarabağ problemi ölkəmizin ərazi bütövlüyü çərçivəsində həll edilə bilər. Bunun sülh, müharibə yolu ilə həyata keçməsi mümkündür. Bəzi qüvvələr Azərbaycanla Avropa İttifaqı arasında bağlanacaq sazişə kölgə salmağa çalışırlar”, - deyə, Novruzov bəyan edib.
Kamil HƏMZƏOĞLU
"Avropa İttifaqı (Aİ)" teqi üzrə xəbərlər
- Aİ Ukraynanın təbii sərvətlərindən istifadə niyyətində: Danışıqlara başlayacaqlar
- Aİ əhalisinin 10 faizi evlərinin isidilməsinə görə xərcləri ödəyə bilmir
- Aİ diplomatiyasının rəhbəri Rusiyanın aktivlərinin müsadirəsindən danışdı
- Aİ Suriyaya qarşı sanksiyaları dayandırdı
- Brüsseldə Ukraynaya 20 milyard avrodan çox yardımın ayrılması müzakirəyə çıxarılır