Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Spiker: Nə üçün müharibəyə çağırış etməliyik?!
Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı ciddi işlər görürük. Münaqişə ilə bağlı müzakirədə müharibəyə çağırsaq, nə əldə edə biləcəyik? Münaqişəni sülh yolu ilə həll edə biləriksə, nə üçün müharibəyə çağırış etməliyik?!
Oxu.Az-ın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında parlamentin sədri Oqtay Əsədov deyib.
“Dağlıq Qarabağda yaşayanlara deyirik ki, Azərbaycan vətəndaşlarıdır, biz dünyaya bu çağırışı edirik. Azərbaycanın şərtlərinin yerinə yetirilməsi sülh yolu ilə mümkün ola bilərsə, nə üçün buna qarşı çıxmalıyıq?!
Ermənistanın bir ağılsız naziri çıxış edir ki, Azərbaycandan torpaq almalıyıq”, - deyən spikerin sözlərinə görə, onlar başa düşürlər ki, bununla nəyəsə nail ola bilməyəcəklər.
“Boş söhbətlərdir, bizi qızışdırmaq istəyirlər”, - deyə O.Əsədov əlavə edib.
Kamil HƏMZƏOĞLU
"Azərbaycan" teqi üzrə xəbərlər
- NATO nümayəndələri Bakıya səfərə gəliblər
- İran və Azərbaycan birgə hərbi təlimlərə başladılar
- COP29-da tərəflər 300 milyard dollar vəsaitin ayrılmasına dair RAZILAŞMA ƏLDƏ EDİBLƏR
- Marina Silva: "İqlim maliyyəsi həssas ölkələrə güzəşt deyil, iqlimlə mübarizə üçündür"
- COP29-un bağlanış plenar iclasında Paris Sazişinin 6-cı maddəsi tam təsdiqlənib