Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
:1200.jpg)
Sumqayıt hadisələri necə başladı? - Tədqiqatçı DANIŞDI + VİDEO
“1988-ci ildə Sumqayıtda törədilən iğtişaşlar fevralın 27-si axşam saat yeddinin yarısında bizim həyətdə başladı. Həmin axşam sovet ordusu dördüncü məhəlləyə daxil oldu. Lakin bir-iki gün heç nə etmədi, əslində, iğtişaşlara şərait yaradıldı”.
Bu sözləri Sumqayıt hadisələrinin şahidi, tədqiqatçı Ramazan Məmmədov deyib.
“Erməni tərəfi bir göz qırpımında bu hadisələrə qiymət verməyə başladı. Sumqayıt şəhərində 27-28-29 fevral və martın birində baş vermiş hadisələr qurtarmamış Pribaltikada Yurmala şəhərində nəşr olunan “Yurmala” qəzetində Sumqayıt hadisələrinə qiymət verildi. Martın birində günortaya yaxın hadisələr yekunlaşdı, martın üçündə isə bununla bağlı xəbər artıq qəzetdə dərc olunmuşdu. Bu isə onu göstərir ki, iğtişaşlar əvvəlcədən təşkil olunub”, - deyə tədqiqatçı vurğulayıb.
Ətraflı Baku TV-nin süjetində:

"Sumqayıt şəhəri" teqi üzrə xəbərlər
- 1 saylı Sumqayıt "ASAN xidmət" fəaliyyətini qismən məhdudlaşdırıb
- Tanışını girov götürüb qayçı ilə qulağını kəsdi - Sumqayıtda DƏHŞƏT
- Sumqayıtda məktəbin yaxınlığında ağacdan asılmış meyit tapıldı
- Binadan yıxıldığı deyilən gəncin intiharına dair ŞOK İDDİA: "Ortada şantaj xarakterli bir şey var"
- Sumqayıtda bir nəfərin 95 000 manatını ələ keçirən ŞƏXS SAXLANILDI