Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Şuşada TDT-nin yeni strateji hədəfləri ilə bağlı beynəlxalq konfrans keçirilir
Şuşada Yeni Azərbaycan Partiyasının (YAP) təşkilatçılığı ilə "Türk Dövlətləri Təşkilatı: geosiyasi reallıqlar və qlobal kataklizmlər fonunda yeni strateji hədəflərə doğru" mövzusunda beynəlxalq konfrans keçirilir.
"Report"un Şuşaya ezam olunmuş əməkdaşının verdiyi xəbərə görə, beynəlxalq konfransda Türk Dövlətləri Təşkilatına (TDT) üzv və müşahidəçi ölkələrin hakim partiya rəhbərləri də daxil olmaqla, 300-dək qonaq iştirak edir.
Beynəlxalq konfrans çərçivəsində "Türk Dövlətləri Təşkilatı: qlobal təhlükəsizliyə regional töhfə", "Ortaq dəyərlərlə müasirliyin vəhdəti: partiya diplomatiyası yeni dialoq platforması kimi" və "Türk Dünyası-2040: gələcəyə konseptual baxış" mövzularında üç plenar sessiya təşkil ediləcək.
"Şuşa" teqi üzrə xəbərlər
- "Doğma torpaq" bədii filminin premyerası keçirildi
- İlqar Safat: "Doğma torpaq" işğaldan azad edilən ərazilərdə çəkilən ilk filmdir"
- Hikmət Hacıyev Füzuli aeroportundan paylaşım edib
- Parisdə Azərbaycanın süni intellekt sahəsində ilk rəsm cihazı SHUSHA təqdim edilib
- Türkiyənin xalq ozanı Esat Kabaklı: "Şuşaya dəvət etsələr, qaça-qaça gələrəm"