Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Şuşada türk dünyası memarlarının simpoziumu keçirilir - FOTO
Noyabrın 24-də Şuşada türk dünyası memarlarının simpoziumu keçirilir.
AZƏRTAC xəbər verir ki, ulu öndər Heydər Əliyevin 100 illiyi çərçivəsində təşkil olunan tədbirdə Azərbaycan, Türkiyə, Özbəkistan, Qazaxıstan, Qırğızıstan və Macarıstandan olan 60-a yaxın memar Şuşada aparılan və nəzərdə tutulan tarixi memarlıq abidələrinin bərpası, konservasiyası, tarixi mühitin abadlaşdırılması mövzularında müzakirələr aparacaq, təqdimatla çıxış edəcəklər.
İki gün davam edəcək simpozium zamanı “Qoruq idarəetməsində və icma ilə işdə problemlər, çağırışlar və yeniliklər”, “Tarixi şəhərlərin regenerasiya siyasətləri və sənədləri”, “Abidə və qoruq şəhərlərin qorunma qanunvericiliyi”, “Tarixi şəhərlərin iqtisadi və turistik imkanları və çağırışları”, “Tarixi şəhər mühitinin qorunması və müasir tələblərə adaptasiyası” və digər mövzular ətrafında panel müzakirələri aparılacaq.
Simpozium öz işinə noyabrın 25-də yekun vuracaq.
"Heydər Əliyev" teqi üzrə xəbərlər
- Bu gün ədliyyə işçilərinin peşə bayramıdır
- Milli Dirçəliş Günü - Azərbaycan tarixinin qürur səhifəsi
- COP29 çərçivəsində "Silk Way Alat Free Economic Zone" şirkəti və ICAO arasında razılaşma imzalanıb
- COP29-da iştirak edən nümayəndə heyətlərinin şərəfinə Heydər Əliyev Mərkəzində ziyafət verilib
- "Silk Way Group" COP29 çərçivəsində Ələt Azad İqtisadi Zonasında yeni yük hava limanını təqdim edib