Şuşada keçirilən TÜRKSOY-a üzv ölkələrin Dövlət Teatrları Rəhbərləri Şurasının 9-cu iclası yekunlaşıb.
“Report” xəbər verir ki, toplantı Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyinə, Şuşa şəhərinin 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilməsinə, Azərbaycan peşəkar milli teatrının yaradılmasının 150 və TÜRKSOY-un 30 illik yubileylərinə həsr olunub.
Müzakirələr zamanı ölkələrar arasında teatr sektoruna dair əməkdaşlıqların edilməsinin zəruruliyi vurğulanıb.
Müzakirələr bitdikdən sonra tərəflər toplantının “Yekun bəyannaməsi”ni imzalayıblar.
18:34
Şuşada TÜRKSOY-a üzv ölkələrin dövlət teatrları rəhbərləri şurasının 9-cu toplantısı keçirilir.
“Report” xəbər verir ki, toplantı Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin 100 illik yubileyi və Şuşa şəhərinin 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilməsi, Azərbaycan peşəkar milli teatrının yaradılmasının 150 və TÜRKSOY-un 30 illik yubileyləri münasibətilə gerçəkləşir.
İclasda TÜRKSOY-a üzv ölkələrin teatr rəhbərləri iştirak edir.
Toplantıdan öncə iştirakçıların Şuşa şəhərinə gəzintisi təşkil olunub.
İclasda Türk dünyasının tanınmış teatr mütəxəssisləri, səhnə xadimləri qardaş ölkələrdə bu sahənin inkişaf məsələlərini müzakirə edəcək.
Bildirilib ki, TÜRKSOY-a üzv ölkələrin dövlət teatr rəhbərləri şurasının növbəti – 10-cu toplantısının Türkmənistanda keçirilməsi qərara alınıb.
Toplantı gələn il TÜRKSOY-un mədəniyyət paytaxtı seçilmiş Anev şəhərində həyata keçiriləcək.
Qeyd edək ki, sabah Bakıda Beynəlxalq TÜRKSOY Teatr Festivalının açılış mərasimi olacaq. Festival noyabrın 4-dək davam edəcək.








18:18
TÜRKSOY-a üzv ölkələrin Dövlət Teatrları Rəhbərləri Şurasının 9-cu toplantısının iştirakçılarının Şuşa şəhərinə gəzintisi təşkil edilib.
“Report” xəbər verir ki, iştirakçılar əvvəlcə Şuşa qalasını, Xan qızı bulağını, Molla Pənah Vaqifin məqbərəsini, Cıdır düzünü və bir sıra gəzib-görməli yerləri ziyarət ediblər.
Qeyd edək ki, TÜRKSOY-a üzv ölkələrin Dövlət Teatrları Rəhbərləri Şurasının 9-cu toplantısı Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyi və Şuşa şəhərinin 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilməsi, Azərbaycan peşəkar milli teatrının yaradılmasının 150 və TÜRKSOY-un 30 illik yubileyləri münasibətilə gerçəkləşəcək.
İclasda türk dünyasının tanınmış teatr mütəxəssisləri, səhnə xadimləri qardaş ölkələrdə bu sahənin inkişaf məsələlərini müzakirə edəcək.
Sabah isə Bakıda Beynəlxalq TÜRKSOY Teatr Festivalının açılış mərasimi olacaq. Festival noyabrın 4-dək davam edəcək.








