"TDT missiyası Bakı şəhərində, o cümlədən Abşeron və Xızı rayonlarında müşahidələr apardı. Missiya öz fəaliyyətini beynəlxalq standartlara uyğun aparıb. Müşahidə aparılan məntəqələr standartlara uyğun olaraq vaxtında açılıb".
Oxu.Az xəbər verir ki, bunu Azərbaycanda növbədənkənar parlament seçkisini izləyən Türk Dövlətləri Təşkilatının (TDT) baş katibinin müavini Ömer Kocaman deyib.
Ö.Kocaman bildirib ki, ümumilikdə, 36 məntəqə müşahidə edilib:
"İnsanların azad iradələrini ortaya qoymaları üçün bütün şərait yaradılmışdı. Hansısa neqativ hal qeydə alınmadı".
Məhərrəm Əliyev