Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
![Türkiyə Misirə pilotsuz uçuş aparatları tədarük edəcək](https://images.oxu.az/2024/09/02/ohIZPbVxX1n7wuFiYozLvs6fbRw63Br5KTIAw0c5:1200.webp)
Türkiyə Misirə pilotsuz uçuş aparatları tədarük edəcək
Misir Prezidenti Əbdülfəttah Əs-Sisinin sentyabrın 4-də Ankaraya gözlənilən səfəri zamanı Misirə pilotsuz uçuş aparatlarının tədarükü barədə müqavilənin imzalanması planlaşdırılır.
Oxu.Az bu barədə Milliyet.com-a istinadən xəbər verir.
Əs-Sisinin Türkiyəyə ilk rəsmi səfəri çərçivəsində iki ölkə arasında ikitərəfli ticarət dövriyyəsinin illik 10 milyard dollardan 15 milyard dollara qədər artırılması perspektivlərini müzakirə etmək üçün yüksək səviyyəli strateji əməkdaşlıq şurasının iclası keçiriləcək. Əs-Sisinin türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla danışıqlar proqramında əsas məsələ Fələstin-İsrail münaqişəsinin həlli olacaq. Tərəflər həmçinin Şərqi Aralıq dənizi, Liviya və digər regional məsələlərdə vəziyyəti ətraflı müzakirə edəcəklər.
Qeyd edək ki, Ərdoğan 12 ildən sonra ilk dəfə 2024-cü ilin fevralında münasibətlərin normallaşması prosesi çərçivəsində Misirə səfər edib. 2013-cü ildə hər iki ölkə Misir prezidenti Məhəmməd Mursinin devrilməsindən və Ankaranın buna mənfi reaksiyasından sonra öz səfirlərini geri çağırmışdı. 2021-ci ilin martında Türkiyə Xarici İşlər Nazirliyi Misirlə diplomatik səviyyədə əlaqələrin bərpa olunduğunu elan edib. 2023-cü ilin iyulunda hər iki ölkə Ankara və Qahirəyə səfirlər təyin etməklə diplomatik münasibətləri tam bərpa edib.
"Türkiyə" teqi üzrə xəbərlər
- Türkiyədə MARAQLI HADİSƏ: 20 il sürücü kimi çalışdığı qurumun sədri seçildi
- Malayziya prezidenti paylaşımına İrem Dericinin mahnısını əlavə etdi: Məşhur müğənnidən şərh gəldi
- Türkiyəli mütəxəssisdən xəbərdarlıq: "Egey dənizindəki zəlzələlərdən daha böyük təhlükə ola bilər"
- ABŞ Türkiyəyə "F-35" qırıcıları tədarük edəcək?
- İzmirdə dəhşət: Qadın körpə uşağını dənizə atdı
Rəylər