Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

TƏBİB tabeli tibb müəssisələrinin siyahısında dəyişiklik edildi
"Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi" (TƏBİB) publik hüquqi şəxsin tabeliyindəki tibb müəssisələrinin siyahısında dəyişiklik edilib.
Oxu.Az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.
Dəyişikliklə, "Azərsutikinti" Xəstəxanası" sözləri "Nizami Tibb Mərkəzi", "Neyrocərrahlıq" sözü "Respublika Neyrocərrahiyyə" sözləri ilə əvəz edilib.
Eyni zamanda, siyahıya "Yeni Klinika" və Siyəzən Rayon Mərkəzi Xəstəxanası əlavə edilib.
Bundan başqa, "6 nömrəli Birləşmiş Şəhər Xəstəxanası" sözləri "Binəqədi Tibb Mərkəzi", "2 nömrəli Şəhər Klinik Xəstəxanası" sözləri "Xətai Tibb Mərkəzi", "3 nömrəli Şəhər Klinik Xəstəxanası" sözləri "Sabunçu Tibb Mərkəzi", "5 nömrəli Şəhər Klinik Xəstəxanası" sözləri "Nərimanov Tibb Mərkəzi" sözləri ilə əvəz edilib.
"Əli Əsədov" teqi üzrə xəbərlər
- Bəzi dövlət qulluqçularına aylıq kompensasiya ÖDƏNİLƏCƏK - MƏBLƏĞ
- Mülki təyyarələrin uçuşa yararlılığı üzrə sertifikatlaşdırılma qaydası təsdiqlənib
- Hava daşımalarının həyata keçirilməsi qaydaları təsdiqlənib
- Azərbaycanda uçuş və kabinə heyətinə təlim keçənlərlə bağlı qayda təsdiq edilib
- Azərbaycanın sərhədyanı ərazilərində telekommunikasiya qurğularının tikintisi qaydası dəyişib