Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Texniki tənzimləmənin şamil olunduğu malların SİYAHISI təsdiq edildi
Nazirlər Kabineti "Texniki tənzimləmənin şamil olunduğu malların siyahısı"nı təsdiq edib.
Oxu.Az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.
Qərar ölkə Prezidentinin 23 yanvar 2023-cü il tarixli sərəncamı ilə təsdiq edilmiş "Milli standartlaşdırma sisteminin beynəlxalq tələblərə uyğunlaşdırılmasına dair 2023-2025-ci illər üçün Dövlət Proqramı"nın icrasını təmin etmək məqsədilə qəbul olunub. Qərarda Texniki tənzimləmənin şamil olunduğu malların siyahısı və həmin mallara dair xarici iqtisadi fəaliyyətin mal nomenklaturası üzrə kodlar verilib.
Qərar malların "Texniki tənzimləmə haqqında" qanuna əsasən qəbulu nəzərdə tutulan texniki reqlamentlərin tələblərinə uyğunluğuna istehlak bazarında nəzarətin həyata keçirilməsinə şərait yaradacaq.
"Əli Əsədov" teqi üzrə xəbərlər
- Məktəblərdə dərs günlərinin yerləri dəyişdirildi
- Azərbaycanda dövlət orqanları üçün vahid indekslərin siyahısı genişlənib
- Baş nazirdən QƏRAR: Xaricdə təhsil Dövlət Proqramının müddəti uzadıldı
- Hökumətin hesabatı Milli Məclisə daxil olub
- Əli Əsədov yanğın baş verən Neft Emalı Zavodunda əməliyyat müşavirəsi keçirdi