Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
“The Times”: “Ceyranlar Qarabağa qayıdır” - FOTO
“Zərif ceyran sürüsü sönmüş vulkanın fonunda otlu düzənlikdə alçaq kolların arasında səkir. Quşlar səmada qanad çalır”.
Oxu.Az-ın məlumatına görə, bu təsvir Britaniyanın “The Times” qəzetində Hanna Lusinda Smitin Azərbaycan ərazisində ceyranların məskunlaşdırılması layihəsi ilə bağlı dərc olunan məqaləsində yer alır.
Onun sözlərinə görə, üfüqdə neft mancanaqları görünməsəydi, noyabr ayının isti günəşi altında buranın Azərbaycan yox, Afrikada qoruq ola biləcəyini düşünmək olardı.
Bundan sonra müəllif Şirvan Milli Parkı barədə, həmçinin qoruqdakı köçəri quşlar və flaminqolar barədə danışır, yaşayış yerlərinin artması və ovlanma nəticəsində yoxa çıxan ceyranların ölkə ərazisində məskunlaşdırılması layihəsindən bəhs edir.
Hanna Lusinda Smit 20-ci əsrin əvvəllərində Cənubi Qafqazda 600 minə yaxın ceyran olduğunu bildirib.
“Bu o qədər adi mənzərə idi ki, ceyran əti Gürcüstanın paytaxtı Tbilisinin bazarlarında satılırdı. Lakin sovet dövründə heyvanların otlaqlarının əksər hissəsi buğda və üzüm becərilməsi üçün əkin sahələrinə çevrildi. Ceyranların hələ də qaldığı yerlərdə isə, demək olar ki, nəsli kəsilmək həddinə qədər ovlandı. 1960-cı ilə qədər onlardan cəmi 200 fərd qalmışdı. 1961-ci ildə Şirvan parkı rəsmi mühafizəyə götürüldü və ekoloqlar ceyranların sayını artırmaq üçün işlərə başladılar.
Lakin 1990-cı illərdən etibarən yeni çətinliklər yarandı. Müharibə zamanı Azərbaycan ərazisinin beşdəbiri, yəni Qarabağ bölgəsi Ermənistan tərəfindən işğal edildi. Sonrakı 30 ildə bu ərazinin çox hissəsi tərk edilmiş və sıx şəkildə minalanmış vəziyyətdə qaldı, region “boz zona”ya çevrildi. 2020-ci ilin payızında Azərbaycan bu ərazilərini geri aldı. O vaxtdan minaların təmizlənməsi üzrə intensiv işlər görməyə başladı.
Ekoloqlar bu fürsəti yüksək qiymətləndirdilər. Ayı və at kimi iri heyvanlar minalardan tez-tez yaralansalar da, ceyranlar o qədər sürətlidirlər ki, minada partlamırlar. Ötən il layihə çərçivəsində Şirvanda doğulub-böyüyən 33 baş ceyrandan ibarət ilk qrup əraziyə buraxılıb”, - deyə məqalədə bildirilir.
Müəllif bundan sonra ceyranların populyasiyasını izləmək üçün görülən işlərdən danışır. Bildirilir ki, son hesablamalara görə, Azərbaycanda 7 000-ə yaxın ceyran yaşayır.
Nəşrdə, həmçinin, azərbaycanlı ekoloqların bir vaxtlar zərərverici hesab edilən bəbirlərin introduksiyası üçün də işlər gördüyü vurğulanıb.
"Qarabağ" teqi üzrə xəbərlər
- Mənbicli gəncin Azərbaycan bayraqlı, "Qarabağ" yazılı köynəyi diqqət çəkdi
- Yassin Benziya: "Keçmiş klubuma qarşı matç mənim üçün çox maraqlı olacaq"
- Politoloq: "Kəlbəcərin döyüşsüz azad olunması Azərbaycanın siyasi, hərbi və iqtisadi qələbəsidir"
- "Kurtlar Vadisi"nin məşhur aktyoru: "Qarabağla bağlı film çəkəcəyik"
- Türkiyəli fermerdən Azərbaycanın Zəfər Günü ilə bağlı maraqlı addım