Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

To Lam: "Birgə Bəyanat Vyetnam-Azərbaycan münasibətlərinin tarixində yeni səhifə açır"
"Ölkələrimiz (Vyetnam və Azərbaycan - red.) arasında əlaqələr dövlət rəhbərləri və xalqlarımız tərəfindən daim gücləndirilmişdir".
Oxu.Az AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Vyetnamın Kommunist Partiyasının Mərkəzi Komitəsinin Baş katibi To Lam Azərbaycan Prezidenti İlham Əliyev ilə mətbuata bəyanatında söyləyib.
"Biz siyasi, diplomatik, energetika, müdafiə, ticarət və digər sahələrdə yaxşı nəticələr əldə etmişik. Bu əsasla biz strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyanatı artıq qəbul etdik. Bu isə ölkələrimizin münasibətlərinin tarixində yeni dövr, yeni səhifə açır. Əminəm ki, biz yaxın zamanlarda ikitərəfli münasibətlərimizi dərinləşdirə və genişləndirə biləcəyik, inkişaf naminə üstün cəhətlərimizdən faydalanacağıq", - deyə baş katib əlavə edib.

"İlham Əliyev" teqi üzrə xəbərlər
- ICESCO-nun baş direktoru İlham Əliyevi Müstəqillik Günü münasibətilə təbrik edib
- Azərbaycanda tikinti layihələrinin ekspertizadan keçirilməsi üzrə bəzi hərəkətlər elektronlaşdırıldı
- Prezidentdən "ASAN ödəniş"lə bağlı FƏRMAN
- Azərbaycanda icra sənədləri üzrə ödənişləri nağd formada edənlər CƏRİMƏLƏNƏCƏKLƏR
- Tündlüyü beş faizdən yuxarı olan alkoqollu içkilərin reklamı qadağan OLUNDU