Azadlığa çıxanlar arasında Tofiq Yaqublu da var.
Oxu.Az xəbər verir ki, o, bu gün Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı sərəncamı ilə əfv olunub.
Qeyd edək ki, Müsavat Partiyası başqanının müavini Tofiq Yaqublu 2014-cü ildə İsmayıllı hadisələri ilə əlaqədar 5 il azadlıqdan məhrum edilmişdi.
Əfv olunanlar arasında, həmçinin Milli dövlətçilik partiyasının rəhbəri Nemət Pənahlı, NİDA hərəkatının fəalı Rəsul Cəfərli, Prezidentin işlər idarəsinin keçmiş rəhbəri Akif Muradverdiyev, jurnalist Pərviz Həşimli, keçmiş nazir Nicat Quliyev, hüquq müdafiəçisi Taleh Xasməmmədov var.