Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Toğrul İsmayıl: “Bakı və Ankaranın razılığı olmadan regionda heç nə həll olunmur” - Türkiyədən ŞƏRH
Bu həftə mühüm hadisə baş verib. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan uzun illərdən sonra ilk dəfə Yunanıstana səfər edib və Afina Bəyannaməsi imzalanıb. Görünən odur ki, sənəddə ən mühüm məqamlardan biri Türkiyə və Yunanıstanın regionda sülhün və sabitliyin qorunmasına xələl gətirə biləcək hər hansı bəyanat, təşəbbüs və hərəkətlərdən çəkinmək öhdəliyi idi.
Məsələ burasındadır ki, İrəvanda və Afinada tez-tez Azərbaycana və Türkiyəyə qarşı yönəlmiş Yunanıstan-Kipr-Ermənistan ittifaqının yaradılmasından danışılırdı. Bəs hazırda bu mövzu aktuallığını nə dərəcədə saxlayıb?
Türkiyəli politoloq, Kahramanmaraş Sütçü İmam Universitetinin professoru Toğrul İsmayıl Oxu.Az-a bununla bağlı şərh verib.
O, vaxtilə Azərbaycanda işləyəndə Yunanıstan siyasətindən yazdığını xatırladıb.
“1990-cı illərin sonunda Yunanıstanın Baş Qərargah rəisi İrəvana getdi və orada dedi ki, ermənilərin dostları yunanların dostudur, Ermənistanın düşmənləri isə Yunanıstanın düşmənidir. İstər Fransada, istərsə də başqa ölkələrdə ümumən Azərbaycan və Türkiyəyə qarşı antitürk xarakterli bəyanatlar səsləndirilib və buna davam edilir”, - deyə politoloq bildirib.
Bununla belə, ekspert hazırda regionda vəziyyətin dəyişdiyini vurğulayıb.
“44 günlük müharibədən sonra Ermənistan itirə biləcəyi hər şeyi uduzdu. Azərbaycan isə iqtisadi, hərbi, siyasi və diplomatik mövqelərini möhkəmləndirib. Bundan əlavə, Azərbaycan və Türkiyə tərəflərinin imzaladığı Şuşa Bəyannaməsi Azərbaycanın regiondakı rolunu daha da gücləndirib. Bu gün Cənubi Qafqazda Bakı və Ankaranın razılığı olmadan heç nə həll olunmur. Bunu Rusiya, Avropa və ABŞ-də yaxşı başa düşürlər”.
Politoloq bu səbəbdən hamının ən zəif və uğursuz oyunçu olan Ermənistan vasitəsilə vəziyyətə birtəhər təsir etməyə çalışdığını, ancaq bu oyunun Ermənistan üçün ən faciəvi şəkildə bitə biləcəyini qeyd edib.
O, həmçinin, Bakı və Ankaranın Ermənistan ətrafında baş verənləri diqqətlə izlədiyini bildirib.
“Yunanıstana gəlincə isə İrəvan vasitəsilə, çətin ki, nəyəsə nail olsun. Afina Cənubi Qafqazda Azərbaycan-Türkiyə müttəfiqliyinə və Rusiyanın maraqlarına (axı indiki Yunanıstan artıq Moskvanın tərəfdaşı deyil) müqavimət göstərə bilməyəcək”, - deyə Toğrul İsmayıl vurğulayıb.
Nair Əliyev
"Fransa" teqi üzrə xəbərlər
- Çad hakimiyyəti Fransadan qoşunları 31 yanvaradək çıxarmağı tələb edib
- Fransada qalmaqallı məhkəmə başa çatdı: 10 il ərzində qadına təcavüz edən 51 kişiyə hökm oxundu
- Fransada milli matəm elan edilib
- Pol Poqbanı qaçırıb pul tələb edən qardaşına hökm oxundu
- Fransada təbii fəlakət: Ölənlərin sayı 60 minə çata bilər