Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Tramp: "ABŞ Moskva və Kiyevlə aktivlərin bölüşdürülməsini müzakirə edir"
ABŞ Prezidenti Donald Tramp Ukraynada böhranın uğurla həll edilməsi şansının çox olduğunu bildirib.
Oxu.Az-ın TASS-a istinadla verdiyi məlumata görə, Ağ Ev rəhbəri bu barədə jurnalistlərə açıqlamasında bəyan edib.
"Həftəsonu çox iş görülüb. Bu müharibəyə son qoya biləcəyimizi görmək istəyirik. Bəlkə də, bacaracağıq, bəlkə də, yox, amma düşünürəm ki, bizim çox yaxşı şanslarımız var", - deyə o bildirib.
Bundan əlavə, Tramp əlavə edib ki, ABŞ Administrasiyası artıq Ukrayna münaqişəsinin tərəfləri ilə aktivlərin bölüşdürülməsi məsələsini müzakirə edir.
"Amma düşünürəm ki, bunun çoxu artıq hər iki tərəf - Ukrayna və Rusiya tərəfindən müzakirə olunub. Biz artıq bu barədə, müəyyən aktivlərin bölüşdürülməsi haqqında danışırıq", - deyə o qeyd edib.
"Donald Tramp" teqi üzrə xəbərlər
- ÜST rəhbəri kütləvi ixtisarların anonsunu verdi: "650 milyon dollara qədər kəsir yaranıb"
- Tramp Çinə qarşı tarifləri azaldır
- Putinin Trampa hədiyyə etdiyi portretin görüntüsü yayıldı
- Yaşıl energetikaya zərbə: ABŞ günəş panellərinə 3521%-ə qədər tarif tətbiq etdi
- Trampın Papa Fransiskin dəfn mərasimi ilə bağlı paylaşımı tənqid olundu