"Ermənistan və Azərbaycan arasında münaqişə uğurlu nizamlanmaya yaxındır".
Oxu.Az-ın xəbərinə görə, bunu ABŞ Prezidenti Donald Tramp NATO-nun baş katibi Mark Rütte ilə görüşündə bildirib.
"Biz daha bir məsələni həll etdik - Ermənistan və Azərbaycan. Deyəsən, bu məsələ uğurla başa çatmağa yaxındır", - deyə Tramp vurğulayıb.
Bununla belə, o, heç bir təfərrüat açıqlamayıb.