İqtisadiyyat naziri Mikayıl Cabbarov Çinin ölkəmizdəki səfiri Lu Mey ilə görüş keçirib.
Oxu.Az xəbər verir ki bu barədə İqtisadiyyat Nazirliyindən məlumat verilib.
Bildirilib ki, görüşdə qarşılıqlı səfərlərin, işgüzar tədbirlərin, imzalanan mühüm sənədlərin Azərbaycan-Çin iqtisadi əlaqələrinin inkişafına töhfə verdiyi vurğulanıb. Dövlət başçısının Çinə səfəri çərçivəsində imzalanan hərtərəfli strateji tərəfdaşlıq əlaqələrinin qurulması haqqında Birgə Bəyanatın ikitərəfli iqtisadi-ticarət əməkdaşlığının inkişafındakı önəmli rolundan bəhs olunub. Nəqliyyat-tranzit, sənaye, istehsalın lokallaşdırılması, tikinti, ticarət, xidmət sahələrində tərəfdaşlığın gücləndirilməsi üçün geniş imkanların mövcudluğu diqqətə çatdırılıb.
Görüşdə Azərbaycanın əlverişli işgüzar mühiti haqqında məlumat verilib, sərmayələrin təşviqi, ticarət dövriyyəsinin artırılması kimi məsələlər nəzərdən keçirilib. Tərəflər ticarət, sənaye, investisiya, enerji, nəqliyyat və rəqəmsal iqtisadiyyat sahəsində birgə fəaliyyətin perspektivlərini vurğulayıblar.
İqtisadiyyat naziri Mikayıl Cabbarov Çin Xalq Respublikasının ölkəmizdəki səfiri xanım Lu Mey ilə görüşüb.
Oxu.Az xəbər verir ki, bu barədə nazir "X" hesabında paylaşım edib.
O, səfirlə görüşməyin xoş olduğunu bildirib.
"Ölkələrimiz arasında münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsini məmnunluqla vurğuladıq. İqtisadi əməkdaşlığın gündəliyində olan məsələləri nəzərdən keçirdik. Ticarət, sənaye, investisiya, enerji, nəqliyyat və rəqəmsal iqtisadiyyat sahəsində birgə fəaliyyətin perspektivlərini qeyd etdik", - deyə nazir bildirib.
Çin Xalq Respublikasının ölkəmizdəki səfiri xanım Lu Mey ilə görüşmək xoş oldu. Ölkələrimiz arasında münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsini məmnunluqla vurğuladıq. #İqtisadi əməkdaşlığın gündəliyində olan məsələləri nəzərdən keçirdik. #Ticarət, sənaye,… pic.twitter.com/OT9NDChujs
— Mikayil Jabbarov (@MikayilJabbarov) July 14, 2025