Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Tramp Kanadanın ABŞ-yə birləşdiyi xəritəni dərc edib
ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp Kanadanın ABŞ-yə birləşdiriləcəyi təqdirdə ölkənin necə görünəcəyinə dair xəritə dərc edib.
Oxu.Az xəbər verir ki, D.Tramp xəritəni öz "Truth" sosial şəbəkəsində dərc edib.
Belə ki, D.Trampın dərc etdiyi xəritədə Kanada və ABŞ eyni rəngə boyanıb və üzərinə Amerika Birləşmiş Ştatları sözü yazılıb.
Qeyd edək ki, bir neçə gün əvvəl D.Tramp əksər kanadalının öz ölkəsinin ABŞ-nin 51-ci ştatı olmasını müdafiə etdiyini bəyan edib. O, hesab edir ki, belə birləşmə Kanadaya təkcə iqtisadi sabitlik gətirməyəcək, həm də onu Rusiya və Çin gəmilərindən gələn xarici təhlükələrdən qoruyacaq.
"Donald Tramp" teqi üzrə xəbərlər
- "Haber Global": Trampın qlobal planları həyata keçəcəkmi?
- Ukraynada ağır döyüşlər: Ölkəyə hava hücumlarının nəticələri barədə AÇIQLAMA
- Tramp Putinin ona qarşı hörmətsizliyi ilə bağlı deyilənlərə sərt cavab verdi
- Britaniya Kiyevi ABŞ ilə Səudiyyə Ərəbistanında keçiriləcək danışıqlara hazırlayır
- "Haber Global"da Tehranla Vaşinqton arasındakı nüvə gərginliyi müzakirə edilib