ABŞ prezidenti Donald Tramp hesab edir ki, Şimali Koreya ilə münasibətlərdə müşahidə olunan hazırkı gərginlik böyük silahlı münaqişəyə çevrilə bilər.
Oxu.Az Report-a istinadla xəbər verir ki, bunu o, “Reuters”ə müsahibəsində bildirib.
“Ehtimal var ki, biz sonda Şimali Koreya ilə böyük, olduqca böyük münaqişəyə gedib çıxaq. Bu, şübhəsizdir”, — deyə o əlavə edib.
Prezident böhranı sülh yolu ilə həll etməyə kökləndiyini bildirib.
“Biz məsələləri diplomatik yolla həll etmək istəyirik, lakin bu çox çətindir”, — deyə Amerika lideri qeyd edib.
Bundan əvvəl Şimali Koreya Ağ evin şərti olaraq raketlərlə məhv edilməsi ilə bağlı təbliğat videosu yayıb.
A.S.