Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Tramp: "Ukraynada seçki keçirilməsinin vaxtı çatıb"
"Ukraynada seçki keçirilməsinin vaxtı çatıb".
Oxu.Az TASS-a istinadla xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp deyib.
"Baxın, seçkinin (Ukraynada) vaxtı çatıb. Çoxdan seçki keçirilməyib. Çox gözəl deyir: "Bilirsiniz, biz seçki keçirə bilmərik". Lakin seçkinin vaxtı çatıb", - deyə o bildirib.
Daha əvvəl D.Tramp bəyan etmişdi ki, Ukrayna Prezidenti Volodimir Zelenskinin reytinqi 4 faizə düşüb və rəsmi Kiyev nizamlanmaya dair danışıqlar masası arxasında yer almaq istəyirsə, Ukrayna seçki keçirməlidir.
Mövzuya aid xəbərlər
Ən çox oxunanlar