ABŞ prezidenti Donald Tramp və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub.
Oxu.Az-ın APA-ya istinadən verdiyi məlumata görə, liderlər Yaxın Şərq regionunda sülhün təmin bərqərar edilməsini, İran, Türkiyə və Rusiya liderlərinin bir neçə gün əvvəl Soçidə keçirilmiş üçtərəfli görüşünü, Suriya böhranını və digər regional problemləri müzakirə ediblər.
***
17:21
Bu gün axşam saatlarında ABŞ prezidenti Donald Trampla Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı baş tutacaq.
Oxu.Az-ın məlumatına əsasən bu barədə ABŞ prezidenti özünün "Twitter" səhifəsində yazıb.
“Rəcəb Tayyib Ərdoğanla mənə miras qalan Yaxın Şərqdəki qarışıqlıqda sülhün bərqərar olunması ilə bağlı danışacağıq. Mən sülhə nail olacam. Lakin necə böyük bir səhv addım idi. Bu trilyonlarla dollar və çoxlu sayda insan itkisinə səbəb oldu”, - Tramp yazıb.

N.O.