Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Trampdan yeni qərar: Məşhur telekanalın aparıcısını Pentaqonun rəhbəri vəzifəsinə namizəd göstərdi
ABŞ-nin yeni seçilmiş Prezidenti Donald Tramp ölkənin müdafiə naziri vəzifəsinə "Fox News" telekanalının aparıcısı və ABŞ ordusunun veteranı Pit Heqsetin namizədliyini irəli sürüb.
Oxu.Az-ın Gazeta.ru-ya istinadən xəbərinə görə, bu barədə Trampın keçid komandasının yaydığı bəyanatda deyilib.
"Pit bütün həyatı boyu döyüşçü olub. Pit sərt, ağıllı və ABŞ-yə həqiqətən inanan şəxsdir", - deyə Tramp öz bəyanatında bildirib.
Onun fikrincə, Pit Heqsetlə ABŞ ordusu yenidən möhtəşəm olacaq.
Bildirilib ki, Heqsetdən başqa Pentaqonun rəhbəri postuna, həmçinin Nümayəndələr Palatasının Silahlı Xidmətlər Komitəsinin sədri Mayk Rocers, o cümlədən istefada olan general-leytenant Keyt Kelloqun namizədliyi də nəzərdən keçirilib.
44 yaşlı Pit Heqset ABŞ Milli Qvardiyasının veteranıdır və Əfqanıstan, İraq, Quantanamoda xidmət edib. 2014-cü ildən "Fox" telekanalında işləyir. 2016-cı ildə o, respublikaçıların, həmçinin Marko Rubionun tənqidlərinə baxmayaraq, Trampın ilk məşhur tərəfdarlarından biri olub.
Qeyd edək ki, ötən gün "The Wall Street Journal"ın yazdığına görə, ABŞ-nin gələcək müdafiə nazirinin namizədliyi Trampın yeni administrasiyasının əsas intriqalarından biri olaraq qalır. Belə ki, nəşrin məlumatına görə, əvvəllər müzakirəsi aparılmış bütün namizədlər, hansılar ki Pentaqonun "islahatı" ilə məşğul olmalı idilər, müxtəlif səbəblərdən siyahıdan çıxarılıblar.
"Amerika Birləşmiş Ştatları (ABŞ)" teqi üzrə xəbərlər
- Tramp vəzifəyə başlayır, Rusiya-Ukrayna müharibəsi bitir?
- Tramp Kanada bayrağı fonunda şəkil paylaşdı: Ölkəni ABŞ-yə qatacağına işarə edir, ya zarafat edir?
- ABŞ ordusu Suriyanın şərqinə hava zərbələri endirib
- Türkiyə bayraqları ilə gözdağı, Hələbdən başlanan qanlı yol - Suriyanın gələcəyi necə olacaq?
- Trampdan Castin Trüdoya gözlənilməz hədə: "Kanada ABŞ-nin 51-ci ştatı ola bilər"