Qarabağ Universitetində Türk Dünyası Elm Mərkəzinin yaradılması təklif olunur.
Oxu.Az xəbər verir ki, bu təkliflə deputat Zahid Oruc Türk Akademiyası və Sosial Tədqiqatlar Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən "Türk barometri 2024" - Türk dövlətlərində təhsil və elm sahəsində əməkdaşlıq: mövcud reallıqlar və gələcəyə baxış" mövzusunda baş tutan beynəlxalq konfransda çıxışında deyib.
O bildirib ki, Qafqazın konservatoriyası hesab olunan bir məkanda Türk Dünyası Ali Musiqi Məktəbi inşa oluna bilər:
"Qarabağın azadlığının beşinci ildönümü münasibətilə türk dünyasının ən yaxşı kitabxanası layihəsi həyata keçirilə, Xankəndidə qədim və müasir türk dövlətlərinin bayraqları asıla bilər. Müzəffər Ali Baş Komandanın söylədiyi kimi, biz əminik ki, gün gələcək, dünyanın bütün məsələləri Türk Dövlətləri Təşkilatı ilə məsləhətləşmə yolu ilə həll ediləcək. Dünya tarixinə yön verən qədim millətlərdən biri olaraq, türklər təhlükəsiz gələcəyin - yeni yüzilin qurucularıdır".
Daha çox foto burada: PhotoStock.az
Mərahim Nəsib