Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası Azərbaycanda keçiriləcək parlament seçkilərinə müşahidə missiyası göndərəcək.
Oxu.Az-ın qurumun saytına istinadən verdiyi xəbərə görə, müşahidə missiyası oktyabrın 30-da fəaliyyətə başlayacaq.
Müşahidə missiyası Bakı və Gəncə şəhərində seçki prosesini müşahidə edəcək.
Qeyd edək ki, noyabrın 1-də Azərbaycanda V çağırış parlament seçkiləri keçiriləcək.
E.Ə.
www.oxu.az