Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Türkiyə və Türkmənistan qaz tranziti ilə bağlı razılıq əldə edib
Türkmənistan Türkiyənin BOTAŞ şirkəti ilə öz təbii qazının İran ərazisindən tranziti barədə razılığa gəlib.
Oxu.Az "Neytral Türkmənistan" rəsmi qəzetinə istinadən xəbər verir ki, bu barədə ölkənin Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov İran Prezidenti Məsud Pezeşkian ilə telefon danışığı zamanı bildirib.
Qurbanqulu Berdiməhəmmədov söhbət zamanı elektroenergetika sahəsində qarşılıqlı əlaqələrin artırılması məqsədilə Türkmənistan Marı SES-dən İran sərhədinə qədər Marı-Məşhəd elektrik ötürücü xəttinin çəkilməsini təklif edib. Layihənin İran şirkətləri tərəfindən həyata keçirilməsi nəzərdə tutulur.
O vurğulayıb ki, Türkmənistanla İran Asiya və Avropa, Xəzər dənizi və Fars körfəzi arasında əlverişli coğrafi mövqedə yerləşir ki, bu da iki ölkə üçün nəqliyyat-logistika sahəsində konstruktiv tərəfdaşlıq üçün yol açır.
"Türkiyə" teqi üzrə xəbərlər
- Türkiyədə qadınları yalandan hamilə olduqlarına inandıran "İlin həkimi": Çox sayda körpəni "öldürüb"
- "Haber Global"da Türkiyənin əsas silah tədarükçülərinin adları açıqlanıb
- Akif Çağatay Kılıç: "Dünyanı idarə edənlərin siyasətləri fiaskoya uğrayıb"
- İranın XİN başçısı: "Tehran və Vaşinqton təmas saxlayır"
- "Haber Global"da kürdlərlə Dəməşq arasında imzalanan sənədin bəndləri təhlil edilib