Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Türkiyə XİN-dən Qarabağla bağlı mühüm bəyanat
Ermənistan Azərbaycanla münasibətlərini normallaşdırmalıdır.
Oxu.Az Gün.Az-a istinadən xəbər verir ki, Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu “Habertürk” kanalında qatıldığı bir verilişdə ölkənin xarici siyasəti ilə bağlı sualları cavablandırıb.
Davudoğlu Azərbaycan-Ermənistan və Türkiyə-Ermənistan əlaqələri haqqında suala cavab olaraq bildirib ki, Ermənistanla ən yaxşı münasibətlər qurulsa da, Cənubi Qafqazda sülh şəraiti təmin olunmayıbsa, bu münasibət pozula bilər:
“Son zamanlar Türkiyə-Azərbaycan-Gürcüstan, Türkiyə-Azərbaycan-İran, Türkiyə-Azərbaycan-Türkmənistan üçtərəfli əlaqələri və Rusiya ilə münasibətlərin inkişaf etdiyini nəzərə alsaq, bu mexanizmdə Ermənistan tək çatışmayan “halqa”dır. Ermənistan təcrid olunmaqdan çıxmaq istəyirsə Azərbaycan torpaqlarının bütövlüyünə hörmət etmək məcburiyyətindədir”.
"Ermənistan" teqi üzrə xəbərlər
- Gecə ərzində Azərbaycan Ordusunun mövqeləri müxtəlif istiqamətlərdən atəşə tutulub
- Türkiyə ilə Ermənistan arasında sərhəd-buraxılış məntəqəsi 10 günlük açılacaq
- Yaponiya XİN: "Azərbaycan və Ermənistanın sülh sazişi ilə bağlı verdiyi bəyanatları alqışlayırıq"
- Misir XİN Azərbaycan və Ermənistan arasında danışıqlarının başa çatmasına münasibət bildirdi
- Simonyandan Azərbaycanla bağlı qalmaqallı çıxış