Türkiyənin tanınmış xanım siyasətçisi Meral Akşenerin yaratdığı yeni partiyanın toplantısında Azərbaycan bayraqları dalğalandırılıb, “Qarabağ” klubuna mesaj göndərilib.
Оxu.Az BAKU.WS-a istinadən xəbər verir ki, toplantı iştirakçıları A4 formatlı vərəqlərə “Qarabağ” yazaraq kluba dəstək veriblər.
Bundan başqa, toplantı salonunda Azərbaycan bayraqları dalğalandırılıb.
Qeyd edək ki, Avropa mətbuatı Meral Akşeneri “Türkiyənin dəmir ledisi” adlandırır.
N.H.
www.oxu.az