Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Türkiyəli atletlər İlham Əliyev və Mehriban Əliyevaya təşəkkür etdilər - VİDEO
Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva İrəvanda keçirilən ağır atletika üzrə Avropa çempionatında qələbələrini Azərbaycana həsr edən türkiyəli atletləri təbrik etmişdilər.
İTV-yə danışan ağır atletika üzrə Avropa çempionu Cansu Bektaş və çempionatın gümüş medalının sahibi Qamze Altun Azərbaycanın dövlət başçısına və Birinci vitse-prezidentinə təşəkkürlərini çatdırıblar:
“Buradan bizə təbriklərini çatdıran dövlət başçısı İlham Əliyev və xanımı Mehriban Əliyevaya çox təşəkkür edirik.
Biz medallarımızı Azərbaycana qarşı burada sərgilənən pis davranış - bayrağın yandırılması - səbəbindən azərbaycanlı qardaşlarımıza ərməğan etdik. Sizi çox sevirik və hər zaman yanınızdayıq”.
Qeyd edək ki, İrəvanda keçirilən ağır atletika üzrə Avropa çempionatında türkiyəli idmançılar Cansu Bektaş qızıl, Qamze Altun (hər ikisi 45 kq çəki dərəcəsi – red.) isə gümüş medal qazanıblar.
Onlar bu qələbəni Azərbaycan idmançılarına həsr etdiklərini açıqlayıblar.